Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.16.2025 | 16:15 | Baxılıb: 1925
“Rusiya və ABŞ arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammit müəyyən müddətə təxirə salınıb”.

“omrum.az” TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov məlumat verib.

O açıqlamasında iki ölkə arasında bu mövzuda əlaqələrin davam etdiyini bildirib.

Uşakovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü müvəqqəti olaraq ertələnib:

“Sammit bir müddət təxirə salınıb, bu məsələ ilə bağlı təmaslar davam edir”.

Xatırladaq ki, Donald Tramp oktyabrın 16-da Vladimir Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlamışdı. Lakin daha sonra sammitin keçirilməsi dayandırılıb. Moskva və Vaşinqton bildiriblər ki, görüş yalnız münasib şərait formalaşdıqdan sonra baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.