Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Görüşümüzün Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir” - Yenilənib
 
						“Görüşümüzün Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir” 
							 - Yenilənib
Əlavə olunub: 07.04.2025 | 14:09 | Baxılıb: 1159
“Görüşümüzün tarixi Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

“omrum.az” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib. 

O bildirib ki, Qırğızıstan İƏT-in fəaliyyətinə böyük önəm verir: “İqtisadiyyatın inkişafı iqlim dəyişikliyi ilə sıx bağlıdır. Bu iki amil bir-birinə təsir edir. İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə təşkil edir. Qırğızıstan iqlim dəyişikliyinin həlli, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində həm regional, həm də qlobal əməkdaşlığa hazırdır”.

S.Japarov əlavə edib ki, bugünkü görüş Yaxın Şərqdə çətin vəziyyət fonunda keçirilir. İran və İsrail arasında gərginlik bütün regionun təhlükəsizliyinə ciddi təhlükə yaradır. O bildirib ki, Qırğızıstan iki ölkə arasında münaqişənin BMT nizamnaməsi əsasında sülh və diplomatik yolla həllinə çağırır.

***

Tacikistan Prezidenti Emoməli Rahmon bildirib: “Dünyada gedən mürəkkəb siyasi və iqtisadi proseslərə baxmayaraq, təşkilata üzv ölkələrin iqtisadi inkişafı müsbət dinamikanı qoruyub saxlayır”.

Onun sözlərinə görə, Tacikistanla təşkilat ölkələri arsında ticarət əlaqələri inkişaf etməkdədir: “Bu il ölkəmizdə xarici ticarətdə də artım müşahidə edilməkdədir”.

***

Qazaxıstan Baş naziri Oljas Bektenov Xankəndidə İƏT-in 17-ci sammitində çıxış edərkən, sammitin Xankəndidə keçirilməsini vacib hesab edib.

“Tədbirin bu şəhərdə təşkil edilməsini Azərbaycanın sülhə və inkişafa sadiqliyinin bariz nümunəsi kimi görürük. Bununla yanaşı, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev adından İran, Azərbaycan və Türkmənistan liderlərinə Qazaxıstan vətəndanlarının İrandan təxliyəsi üçün minnətdarlığımı bildirmək istərdim. Təxliyə edilənlərin sayı bugün 103 nəfərə çatıb”,  - deyə Bektenov qeyd edib.

Baş nazir, həmçinin əlavə edib ki, son 4 ay ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.

***

Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar İƏT-in 17-ci sammitində çıxışında Əfqanıstan xalqını və hökumətini təmsil etməkdən məmnun olduğunu deyib.

O, qonaqpərvərliyə və yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə səmimi təşəkkür edirəm:

“Baradar Xankəndidə keçirilən Zirvə görüşünü əlamətdar tarixi məqam adlandırıb. Əfqanıstan dərin və uzunmüddətli əməkdaşlığın tərəfdarıdır. 40 ildən çox davam edən müqnaişədən sonra Əfqanıstan islam dövrünün ən gözəl məqamını yaşayır. Ölkəmiz misli görünməmiş irəliləyiş əldə edib. Təhlükəsizlik təmin edilib, xarici əlaqələr yaradılıb. Əfqanıstan yeni əməkdaşlıq imkanlarına sahibdir. Əfqanıstan İslam Əmirliyinin yenidən qurulması bizi daha əmin etdi. İslam əmirliyi öz qarşısında  duran məqsədlərə tam nail olub”.

Baş nazirin müavini, həmçinin Əfqanıstanın xarici siyasətində qarşılıqlı hörmət prinisplərinə əsaslandığını diqqətə çatdırıb. Baradar, həmçinin İƏT-in 18-ci sammitinin Kabildə keçirilməsini təklif edib

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.