Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 06:40 | Baxılıb: 5828
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, qəza Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində sərnişin qismində olan 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Əhliman Abdi Ramiz oğlu aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.