Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət
 
						Gözləri görmür, amma qətl törədib 
							 - Bakıda qeyri-adi cinayət
Əlavə olunub: 04.08.2025 | 14:58 | Baxılıb: 6631
Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.

“omrum.az"in əldə etdiyi məlumata görə, iki gözdən əlil kişi adam öldürüb.

Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. 

İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılacaq.

Gözdən əlil şəxsin cinayəti necə törətdiyi və hadisənin motivi məhkəmə istintaqı ilə məlum olacaq.

Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.