Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Güləşçimiz dünya ikincisi oldu
 
						Güləşçimiz dünya ikincisi oldu
Əlavə olunub: 08.21.2025 | 21:33 | Baxılıb: 946
Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

“omrum.az” xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.

Belə ki, Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb.

Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.