Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hacı Vəliyevlə bağlı həbs qərarı verildi - Yenilənib
 
						Hacı Vəliyevlə bağlı həbs qərarı verildi 
							 - Yenilənib
Əlavə olunub: 04.01.2025 | 16:46 | Baxılıb: 32368
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

“omrum.az” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib.

H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “omrum.az”ya təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın “sədr”i kimi təqdim edir.

***

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə ittiham olunur.

***

Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.