Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.27.2025 | 14:04 | Baxılıb: 981
AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

“omrum.az” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyevi 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülovu isə 5 oyunluq diskvalifikasiya edib.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.