Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hamamda meyiti tapılan gəncin - Fotosu
 
						Hamamda meyiti tapılan gəncin 
							 - Fotosu
Əlavə olunub: 03.03.2025 | 19:15 | Baxılıb: 4452
Xəbər verdiyimiz kimi, İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.

“omrum.az"in məlumatına görə, mərhumun təhsil aldığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci onun haqqında paylaşım edib.

Bildirilib ki, kollecin Zootexniklik ixtisası üzrə I kurs tələbəsi olan Əliyev Rahib Elnur oğlu  çalışqanlığı və mehribanlığı ilə seçilən tələbə olub.

“O, müəllim və tələbə yoldaşları arasında daim hörmət və rəğbətlə qarşılanırdı. Təlim və təhsilə olan marağı, məsuliyyətli yanaşması və səmimi insanlığı ilə o hər zaman kollektivimizin yaddaşında qalacaq”.

Qeyd edək ki, gənc Ağdam rayon sakini olub, hadisə onun İsmayıllıda təhsil almaq məqsədilə  yaşadığı kirayə evdə baş verib.

Onun dəqiq ölüm səbəbi hələlik bilinmir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.