Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş - Video
 
						Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş 
							 - Video
Əlavə olunub: 05.16.2025 | 16:06 | Baxılıb: 10672
Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.

“omrum.az” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirdiyi isə suallar yaradıb.

Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.