Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi
 
						Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi
Əlavə olunub: 05.22.2025 | 23:32 | Baxılıb: 2173
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə idarənin rəhbəri Kristi Noem məlumat verib.

“Harvard Universitetinin Beynəlxalq Tələbə və Akademik Mübadilə Proqramının lisenziyasının ləğv edildiyini bildirirəm”, - Kristi Noemin universitetə ​​göndərdiyi məktubda bildirilib.

Noem vurğulayıb ki, bütün beynəlxalq tələbələr mövcud statuslarını saxlamaq üçün başqa universitetlərə köçməlidirlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin təhsil naziri Linda Makmahon Harvarda məktub göndərərək universitetin bundan sonra dövlətdən maliyyə almayacağını bildirmişdi. O, həmçinin universiteti sistematik olaraq federal qanunları pozmaqda və 2023-cü ildə Ali Məhkəmənin qəbul zamanı irqi ayrı-seçkilikdən istifadəsini ləğv edən qərarına məhəl qoymamaqda ittiham edib..

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.