Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Harvarda qəbul olsalar da, oxuya bilməyəcəklər...
 
						Harvarda qəbul olsalar da, oxuya bilməyəcəklər...
Əlavə olunub: 06.05.2025 | 07:25 | Baxılıb: 2918
ABŞ Prezidenti Donald Tramp Harvard Universitetinə daxil olan yeni tələbələr üçün beynəlxalq vizaların verilməsinin dayandırılmasına dair bəyannamə imzalayıb.

“omrum.az” bu barədə Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

Bildirilib ki, bu bəyannamə sözügedən universitetdə təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək istəyən əcnəbi vətəndaşların ölkəyə girişini dayandırmaq məqsədi daşıyır.

Məlumata görə, hər hansı yeni Harvard Universiteti tələbəsinin F, M və ya J vizaları ilə ABŞ-yə qeyri-immiqrant kimi girişi dayandırılır. 

Həmçinin Dövlət Departamentinə bəyannamənin meyarlarına cavab verən hazırkı Harvard tələbələri üçün mövcud vizalarının ləğvi məsələsini nəzərdən keçirmək tapşırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.