Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.09.2025 | 18:30 | Baxılıb: 1380
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarının hazırda bərpa edilməsinin mümkün olmadığını bildirib.

“omrum.az” xəbər verir ki, nazir Tehranda jurnalistlərə açıqlamasında ABŞ tərəfindən “müsbət və ya konstruktiv yanaşma görmədiklərini” deyib.

“Hazırda ABŞ ilə müzakirə ehtimalı yoxdur, çünki Vaşinqtondan real və ədalətli təkliflər gəlmir. ABŞ tərəfi “bərabərlik prinsipi əsasında və qarşılıqlı faydaya əsaslanan razılaşmaya” hazır olarsa, Tehran nüvə danışıqlarını bərpa etməyi nəzərdən keçirə bilər”, – deyə o, söyləyib.

Xatırladaq ki, İran və ABŞ arasında bu ilin aprelində başlayan nüvə danışıqları İsrail və ABŞ-ninİrana qarşı hücumlarından sonra dayandırılmışdı. Daha sonra Oman vasitəsilə tərəfləri danışıqlara qaytarmaq cəhdləri də uğursuzluqla nəticələnib. ABŞ-nin İranın uran zənginləşdirmə fəaliyyətini tam dayandırmaq və raket proqramını məhdudlaşdırmaq tələbləri danışıqların pozulmasına səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.