Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 21:21 | Baxılıb: 739
Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan saxlanılıb.

“omrum.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Spartak Qukasyan bir qrup şəxslə birlikdə informasiya texnologiyalarından istifadə edərək xuliqanlıq etməkdə şübhəli bilinir.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırılıb.

Qeyd edək ki, oktyabr ayında Spartak Qukasyana qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.