Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.22.2025 | 09:26 | Baxılıb: 1197
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həbsdə keçirdiyi günlərlə bağlı “Məhbusun gündəliyi” adlı kitab yazıb.

“omrum.az” Fransa mediasına istinadən xəbər verir ki, eks-prezidentin həmin kitabı dekabrın 10-da təqdim ediləcək.

Sarkozi “X” hesabında yeni kitabı ilə bağlı paylaşım edərək, həbsxanada keçirdiyi 21 günün onda dərin təəssürat doğurduğunu bildirib. 

Xatırladaq ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. Siyasətçi bu ilin sentyabrın 25-də 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, noyabrın 10-da apellyasiya şikayətinə baxılana qədər şərti azadlığa buraxılıb. Həmin prosesin isə martın 16-dan iyunun 3-nə qədər baş tutacağı gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.