Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həbsxanadakı uçqunda yaralanan məhkum öldü - Adı açıqlandı
 
						Həbsxanadakı uçqunda yaralanan məhkum öldü 
							 - Adı açıqlandı
Əlavə olunub: 06.02.2025 | 11:24 | Baxılıb: 6910
Dünən saat 13:10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı xəsarət alan məhbus ölüb.

Bu barədə “omrum.az”ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlu aldığı xəsarətlərdən iyunun 2-də həyatını itirib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.