“omrum.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” yayıb.
Mənbənin sözlərinə görə, HƏMAS-ın vasitəçilərin köməkliyi ilə aldığı yeni təklif 10 girovun azad edilməsini və 70 günlük atəşkəsi nəzərdə tutur.
Bildirilib ki, atəşkəs dövründə ABŞ-nin zəmanətləri ilə hərbi əməliyyatların tamamilə başa çatdırılması barədə danışıqlar davam etdiriləcək.