Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həmin sərnişin 200 manat cərimə edildi - Video
 
						Həmin sərnişin 200 manat cərimə edildi 
							 - Video
Əlavə olunub: 04.22.2025 | 12:34 | Baxılıb: 6938
Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib.

“omrum.az"in əldə etdiyi məlumata görə, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilib.

Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrdakı xanım sərnişin rabitədən bir neçə dəfə istifadə edərək maşinistə suallar ünvanlayıb. O, maşinistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsini də soruşub.

Məlumat üçün bildirək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.