Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həmin videodakı çadralı qadın və görüntüləri yayan polisə çağırıldı
 
						Həmin videodakı çadralı qadın və görüntüləri yayan polisə çağırıldı
Əlavə olunub: 05.01.2025 | 18:10 | Baxılıb: 5396
Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.

“omrum.az” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Qaradağ RPİ əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub. Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib:

“Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.

Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.