“Qafazinfo"in məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə tərkibi Novruzlunu xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilib.
Hökmə əsasən o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim