Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.06.2025 | 09:07 | Baxılıb: 1357
Dünən Gəncədə 15 yaşlı oğlanı bıçaqlayan həmyaşıdı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “omrum.az”ya bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü R. İ. saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Gəncədə 15 yaşlı Ümid Əsgərov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

İlkin məlumata görə, Ü. Əsgərov dostu tərəfindən bıçaqlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.