Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hərbi Prokurorluqda yeni idarə yaradıldı - Rəis təyin edildi
 
						Hərbi Prokurorluqda yeni idarə yaradıldı 
							 - Rəis təyin edildi
Əlavə olunub: 08.06.2025 | 21:46 | Baxılıb: 7396
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb.

“omrum.az"in əldə etdiyi məlumata görə, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib.

Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Qəhrəmanov Şöhrət Qazaxəli oğlu tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinatlar olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.