Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.29.2025 | 14:20 | Baxılıb: 2244
Azərbaycan cüdoçuları Hidayət Heydərov və Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin mükafatsız başa vurublar.

“omrum.az” xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 finalda Muxiddin Asadulloyevə (Tacikistan) uduzub.

Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatara məğlub olub.

Hər iki cüdoçumuz 73 kq çəki dərəcəsində mübarizə aparırdı.

Qeyd edək ki, ötən gün 4 cüdoçumuz medal qazana bilməmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.