Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 13:58 | Baxılıb: 1041
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turniri keçiriləcək. 

“omrum.az” xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Millimizin heyəti isə aşağıdakı kimidir:

Kişilər 

-60 kq

Əhməd Yusifov
Balabəy Ağayev

-66 kq

Ruslan Paşayev
Rəşad Yelkiyev

-73 kq

Rəşid Məmmədəliyev
Hidayət Heydərov

-90 kq

Murad Fətiyev
Aslan Kotsoyev

+100 kq

Camal Qamzatxanov
Uşanqi Kokauri

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.