Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi - Fotolar
 
						Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi 
							 - Fotolar
Əlavə olunub: 02.25.2025 | 20:38 | Baxılıb: 1764
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə mühüm görüşlər keçirib.

“omrum.az” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Prezidentin köməkçisi ilk olaraq Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.