Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hindistan da sərhəddə döyüş hazırlığını artırdı
 
						Hindistan da sərhəddə döyüş hazırlığını artırdı
Əlavə olunub: 05.05.2025 | 12:18 | Baxılıb: 1041
Hindistan Pakistanla sərhəddə Hərbi Hava Qüvvələrini döyüşə yüksək hazırlıq vəziyyətinə gətirib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadən “The Times of India” qəzeti yayıb.

Bildirilib ki, döyüş tapşırıqlarının yerinə yetirilməsinə Fransadan alınan çoxhədəfli “Rafale” qırıcıları cəlb edilə bilər.

Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-si Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra kəskinləşib. Ötən həftə “The Economic Times” Pakistanın Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirdiyini yazmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.