Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır
 
						Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır
Əlavə olunub: 04.30.2025 | 22:32 | Baxılıb: 905
Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.

“omrum.az” xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib.

Bildirişin “Pakistan Hava Yolları tərəfindən qeydiyyata alınmış, idarə olunan, mülkiyyətində olan və icarəyə götürülmüş” bütün təyyarələrə şamil ediləcəyi deyilir. Bildirilir ki, bu, həm mülki, həm də hərbi təyyarələri əhatə edəcək.

Qərar aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.

Qeyd edək ki, Pakistan bir neçə gün əvvəl Hindistan üçün hava məkanını bağlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.