Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hindistan və Pakistan atəşkəs rejimini uzatdı
 
						Hindistan və Pakistan atəşkəs rejimini uzatdı
Əlavə olunub: 05.15.2025 | 19:33 | Baxılıb: 974
Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - o açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.