“omrum.az” “NDTV”yə istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olanların hamısı həlak olub.
Agentliyin məlumatına görə, helikopter Uttarxand əyalətində yerləşən Kedarnath kəndindən qayıdırmış. Qəzaya səbəb bu yüksək dağlıq bölgəyə xas olan çətin hava şəraiti ola bilər.