Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hindistanda Pakistana casusluq etməkdə şübhəli bilinən 11 nəfər həbs edildi
 
						Hindistanda Pakistana casusluq etməkdə şübhəli bilinən 11 nəfər həbs edildi
Əlavə olunub: 05.20.2025 | 11:15 | Baxılıb: 671
Hindistanda Pakistan lehinə casusluq etməkdə şübhəli bilinən 11 nəfər həbs edilib. 

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “India Today” telekanalı yayıb. 

Məlumata görə, son üç gün ərzində həbs edilən həmin şəxslər 20-30 yaş aralığındadırlar. 

“Pakistanın xeyrinə casusluq etməkdə şübhəli bilinən şəxslər sosial şəbəkələr və mesencerlər vasitəsilə casus şəbəkəsinə cəlb ediliblər”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edərək ölkə ərazisinə zərbələr endirmişdi. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab vermişdi. Tərəflər bir neçə gün davam edən gərginlikdən sonra mayın 10-da atəşkəs barədə razılığa gəliblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.