Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hindistanla gərginliyə son qoymaq üçün şərti açıqladı
 
						Hindistanla gərginliyə son qoymaq üçün şərti açıqladı
Əlavə olunub: 05.07.2025 | 10:54 | Baxılıb: 3728
“Nyu-Dehli də bununla razılaşarsa, Pakistan Hindistanla hərbi gərginliyə son qoymağa hazırdır”.

“omrum.az” xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg TV”yə müsahibəsində deyib. 

“Son iki həftə ərzində biz dəfələrlə Hindistana qarşı düşmən xarakterli addım atmayacağımızı demişik. Lakin əgər bizə hücum edərlərsə, cavab verəcəyik. Hindistan geri addım atarsa, sözsüz ki, bu gərginliyə son qoyacağıq”, - deyə pakistanlı nazir qeyd edib. 

Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib. Ən son məlumata görə, nəticədə Pakistanda 26 nəfər həlak olub, 46 nəfər isə yaralanıb. Hindistanda isə ölənlərin sayı 10, yaralıların sayı 48 nəfər təşkil edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.