Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hindistanlı diplomat Pakistan XİN-ə çağırıldı
 
						Hindistanlı diplomat Pakistan XİN-ə çağırıldı
Əlavə olunub: 05.07.2025 | 11:20 | Baxılıb: 1633
Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Gitika Srivastava Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “Dawn” yayıb.

Hindistanlı diplomat bu gecə iki ölkə arasında yaranan gərginlik fonunda nazirliyə çağırılıb.

Pakistan XİN qeyd edib ki, Hindistanın ölkə ərazisinə zərbə endirməsi Pakistanın suverenliyinin pozulmasıdır.

Həmçinin bildirilib ki, Hindistanın zərbələri BMT Nizamnaməsini və beynəlxalq hüququ pozur, regional sülh və sabitliyə təhdid doğurur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.