Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hökumənin bibisi oğlu qəzada həlak oldu
 
						Hökumənin bibisi oğlu qəzada həlak oldu
Əlavə olunub: 07.03.2025 | 14:47 | Baxılıb: 3011
Naxçıvanda məktəb direktoru avtomobil qəzasında həlak olub.

“omrum.az” “Report”a istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adı verilən Hökumə Əliyevanın bibisi oğludur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.