Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Hücuma görə ABŞ də məsuliyyət daşıyır”
 
						“Hücuma görə ABŞ də məsuliyyət daşıyır”
Əlavə olunub: 06.13.2025 | 09:42 | Baxılıb: 2018
İran Xarici İşlər Nazirliyi İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdə ABŞ-nin də məsuliyyət daşıdığını bildirib. 

“omrum.az” xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda deyilir.

Məlumatda qeyd olunub ki, İsrailin İrana qarşı zərbələri ABŞ-nin koordinasiyası və icazəsi olmadan baş verə bilməzdi.

Bəyanatda, həmçinin vurğulanıb ki, İran İsrailə qarşı cavab tədbirləri görmək hüququna malikdir. 

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi şəxsləri həlak olub. ABŞ dövlət katibi Marko Rubio isə öz növbəsində ABŞ-nin İrana endirilən zərbələrlə əlaqəsinin olmadığını deyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.