Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hündürlüyü doğru hesablamadı, körpünü dağıtdı - Fotolar
 
						Hündürlüyü doğru hesablamadı, körpünü dağıtdı 
							 - Fotolar
Əlavə olunub: 06.21.2025 | 12:27 | Baxılıb: 4695
Şirvanda betonqarışdıran avtomobilin dəmir yolu körpüsünü dağıtması ilə bağlı görüntülər yayılıb. 

“omrum.az” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobilin körpünün altından keçə bilmədiyi əks olunub. Bu səbəbdən də körpünün qəzalı vəziyyətə düşdüyü bildirilib.

“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

“Ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb”, - məlumatda qeyd olunub.

ADY-dən, həmçinin bildirilib ki, qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.