Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İki avtomobilin şüşəsini sındırıb, qaçırdığı maşınlarla qəza törədib - Foto
 
						İki avtomobilin şüşəsini sındırıb, qaçırdığı maşınlarla qəza törədib 
							 - Foto
Əlavə olunub: 03.24.2025 | 18:01 | Baxılıb: 1784
Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefon oğurlanıb. 

“omrum.az” DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalarla onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib.

Belə ki, H.İbrahimov qeyd qeyd edilən rayonların ərazisində 5 obyekt və 1 avtomobildən pul, mobil telefon, eləcə də digər qiymətli əşyalar oğurlayıb. Saxlanılan şəxsin paytaxt ərazisində talama niyyəti ilə əlavə 2 avtomobilin şüşəsini sındırdığı, müxtəlif vaxtlarda qaçırdığı “VAZ” markalı maşınlarla isə qəza törədərək hadisə yerindən yayındığı müəyyən edilib.

Saxlanılan şəxsin digər analoji hadisələrdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.