“omrum.az” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.
O, İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı Yaxın Şərqdə və onun hüdudlarından kənarda azadlığı müdafiə etdiyini bildirib:
“Hazırda biz terrorçulara hücum edərkən, İran dinc ərazilərimizi bombalayır. Onlar prezident Trampa iki dəfə sui-qəsd etmək istəyiblər. Amerika səfirliklərini bombalayıblar”.
Baş nazir İranın İsraili məhv etmək üçün nüvə silahı hazırlamaq istədiyi barədə fikirlərini təkrarlayıb. O qeyd edib ki, yəhudi dövləti indi təkcə özünü deyil, başqalarını da müdafiə edir.