Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İki ildir itkin idi - Taksi sürücüsü öldürübmüş-Yenilənib
 
						İki ildir itkin idi 
							 - Taksi sürücüsü öldürübmüş-Yenilənib
Əlavə olunub: 06.01.2025 | 23:17 | Baxılıb: 12111
Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

“omrum.az"in məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan  59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb və bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq araşdırmalar aparıb və məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilərək basdırılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

İki il əvvəl Xaçmazda görmə qabiliyyəti məhdud olan qadını öldürən şəxsin kimliyi məlum olub.

Belə ki, Gülxar Cahangirovanın rayonun Xaspoladoba kənd sakini Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək yaxınlığındakı meşədə basdırıldığı müəyyənləşib.

 

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.