Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İki rayonda qaz fasilələrlə veriləcək
 
						İki rayonda qaz fasilələrlə veriləcək
Əlavə olunub: 08.19.2025 | 22:50 | Baxılıb: 5146
Sabah Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“omrum.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Suraxanı və Nərimanov rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin, Nərimanov rayonu üzrə isə Mayak, A.Heydərov, A.Çernyayevski, P.İ.Çaykovski, İ.Hidayətzadə, M.Nağıyev küçələrinin və H.Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.