Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?
 
						İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?
Əlavə olunub: 07.03.2025 | 10:26 | Baxılıb: 4004
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.

“omrum.az” xəbər verir ki, bununla bağlı “Middle East Eye” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ölkə liderləri sülh müqaviləsinin şərtlərini müzakirə edəcəklər. 

Qeyd olunub ki, BƏƏ iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində danışıqlara ev sahibliyi etməyə hazırdır.

Xatırladaq ki, sonuncu dəfə iki lider may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində görüşüb və orada təmasları davam etdirmək barədə razılığa gəliblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.