Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.07.2025 | 02:00 | Baxılıb: 2277
FIFA 2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını təqdim edib.

“omrum.az” xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.

Xatırladaq ki, 2024-cü ildə bu mükafat “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniora verilmişdi. Həmin ilin “Qızıl top” sahibi Rodri isə səsvermədə ikinci yeri tutmuşdu.

2025-ci ilin “FIFA ilin futbolçusu” mükafatına namizədlər:

Usman Dembele (Fransa) – PSJ

Əşrəf Hakimi (Mərakeş) – PSJ

Harri Keyn (İngiltərə) – “Bavariya”

Kilian Mbappe (Fransa) – “Real Madrid”

Nunu Mendeş (Portuqaliya) – PSJ

Koul Palmer (İngiltərə) – “Çelsi”

Pedri (İspaniya) – “Barselona”

Rafinya (Braziliya) – “Barselona”

Məhəmməd Salah (Misir) – “Liverpul”

Vitinya (Portuqaliya) – PSJ

Lamin Yamal (İspaniya) – “Barselona”

Qeyd edək ki, PSJ-nin fransalı hücumçusu Usman Dembele sentyabr ayında “Qızıl top” mükafatını qazanmışdı və indi “FIFA ilin futbolçusu” adına da əsas namizədlərdən biri hesab olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.