Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İlk baxışda uzun müddət görünmür, amma…” - Tramp
 
						“İlk baxışda uzun müddət görünmür, amma…” 
							 - Tramp
Əlavə olunub: 05.05.2025 | 23:50 | Baxılıb: 1922
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada üç günlük atəşkəs elan etmək qərarını yüksək qiymətləndirdiyini bildirib.

“omrum.az” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Bildiyiniz kimi, prezident Putin üç günlük atəşkəs elan etdi. İlk baxışda uzun müddət görünmür, amma hər şeyin harada başladığını xatırlayanda bu, əslində böyük nailiyyətdir”, - Tramp deyib.

Amerika lideri həmçinin əlavə edib ki, o, hər iki ölkənin Ukrayna münaqişəsini həll etmək istədiyinə inanır.

Qeyd edək ki, aprelin 28-də Putin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə atəşkəs elan edib. Tam atəşkəs mayın 7-dən 8-nə keçən gecə yarısından mayın 10-dan 11-nə keçən gecəyə qədər qüvvədə olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.