Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
 
						“İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
Əlavə olunub: 04.30.2025 | 11:07 | Baxılıb: 1619
Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində korrupsiya ilə bağlı başladılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib.

“omrum.az” “Habertürk” telekanalına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. 

Onlardan 18-i məhkəmənin qərarı ilə həbs edilib. 

Bundan əvvəl isə aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılmışdı. Bundan sonra isə, hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs etmişdi.

Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı araşdırma zamanı mart ayında həbs edilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.