
“omrum.az"in “Cumhuriyet” nəşrinə istinadən məlumatına görə, məhkəmə prosesin başa çatdırılması üçün hədəf müddəti müəyyən edib.
Nəşr qeyd edir ki, bu iş üzrə proses 4600 gün, yaxud təxminən 12 il 6 ay çəkə bilər.
Bildirilir ki, iş üzrə 105 nəfər təqsirləndirilən şəxs, 400-dən çox şahid var. Məhkəmə İmamoğlunun saxlanıldığı İstanbulun Silivri rayonundakı həbsxana ərazisində keçiriləcək.
Qeyd edək ki, sabiq merin işi ilə bağlı 3900 səhifəlik iddianamə hazırlanıb. Prokurorluq tərəfindən “İmamoğlunun gəlir məqsədli cinayət təşkilatı” adlı araşdırmanın yekunu olaraq hazırlanan sənəddə sabiq İstanbul Böyükşəhər Bələdiyyə başçısı Ekrem İmamoğlu “təşkilatın qurucusu və rəhbəri” kimi göstərilib. O, “cinayət təşkilatı yaratmaq”, “rüşvət almaq”, “tenderlərə müdaxilə etmək”, “dövlət qurumlarını aldatmaq”, “cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaq” və “şəxsi məlumatların qanunsuz yayılması” kimi çoxsaylı maddələr üzrə ittiham olunur.
Bu ittihamlar əsasında prokurorluq İmamoğlu üçün 2430 ilə qədər həbs cəzası istəyib. İmamoğlu isə hakimiyyətdən məhkəmə iclasının dövlət televiziyasında canlı yayımının təşkil edilməsini tələb edib.