“omrum.az” xəbər verir ki, hadisə İmişli rayon Qaralar kəndi ərazisində saat 12 radələrində qeydə alınıb.
Qəza zamanı İmişli rayonu Çahar kənd sakini 1964-cü il təvəllüdlü Cəfərov Vidadi Cəfər oğluna məxsus “VAZ-21099” markalı minik avtomobili, İmişli şəhər sakini 1993-cü il təvəllüdlü Şirəliyev Vahid Vaqif oğluna məxsus “MAN” markalı yük maşını və “Ford” markalı yük avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü V. Cəfərov və sərnişinlər, Çahar kənd sakinləri - 1964-cü il təvəllüdlü Cəfərova Gülbəniz İxtiyar qızı və 1956-cı il təvəllüdlü Abbbasova Vilayət İbiş qızı həlak olub.
Ölən şəxslərin meyitləri müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.
Xəsarət alan Samirə Cəfərova isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı