Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.26.2025 | 14:45 | Baxılıb: 4809
Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xanın öldürüldüyü iddia edilir.

“omrum.az” xəbər verir ki, bu barədə “Afghanistan Times” qəzeti X hesabında məlumat yayıb.

Onun müəmmalı şəkildə qətlə yetirildiyi və cəsədinin həbsxanadan çıxarıldığı bildirilir.

Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.