“omrum.az” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pete Heqset Tehrana çağırış edən zaman deyib.
Pentaqon rəhbəri həmçinin qeyd edib ki, nüvə obyektlərinə zərbələr İran əsgərləri və mülki şəxslərə qarşı yönəlməyib. Heqset həmçinin iddia edir ki, hücum nəticəsində İranın nüvə ambisiyaları məhv edilib.
“Prezident Trampın planlaşdırdığı əməliyyat cəsarətli və parlaq idi, dünyaya Amerikanın çəkindirmə gücünün geri qayıtdığını göstərdi. Bu prezident danışanda dünya qulaq asmalıdır”, - Heqset əlavə edib.