Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İran əks-hücum planı hazırlayıb”
 
						“İran əks-hücum planı hazırlayıb”
Əlavə olunub: 06.12.2025 | 10:29 | Baxılıb: 2284
İran hərbçiləri və dövlət məmurları İsrail tərəfindən ölkəyə zərbə endirilməsi halında görüləcək cavab tədbirlərini müzakirə ediblər.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” qəzeti yayıb.

Qəzet yazır ki, İran yüzlərlə ballistik raketlərdən istifadə etməklə İsrail ərazisinə dərhal əks hücumu nəzərdə tutan cavab planı hazırlayıb. 

Xatırladaq ki, “CBS” telekanalı ABŞ rəsmilərinin İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olması barədə məlumat əldə etdiyi barədə məlumat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.