Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İran İsraili ballistik raketlərlə vurdu - Yenilənib-Video
 
						İran İsraili ballistik raketlərlə vurdu 
							 - Yenilənib-Video
Əlavə olunub: 06.15.2025 | 21:52 | Baxılıb: 12359
İran İsrailin hədəflərinə yeni raket hücumlarına başlayıb.

“omrum.az” xəbər verir ki, bu haqda “Tasnim” məlumat yayıb.

Məlumata görə, İran tərəfindən azı 50 ballistik raket buraxılıb.

***

İsrail KİV xəbər verir ki, raketlər Təl-Əviv, Hayfa və Aşkelonu hədəf alıb.

***

“Middle East Eye” xəbər verir ki, İranın hücumlarında hədəflər arasında İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahı və Hadera elektrik stansiyası da olub.

***

Hazırda İsrailin bir çox ərazilərində sirenalar səslənir. Əhaliyə mümkün qədər sığınacaqlardan çıxmamaq əmri verilib.

***

“Al-Jazeera” xəbər verir ki, hazırda İran raketləri paytaxt Təl-Əviv və Hayfa şəhərlərini vurur.

***

İsrail radiosu:

“Raketlərdən biri Hayfaya, digəri isə Təl-Əvivdəki binaya tuş gəlib”.

***

Hayfada İranın raket hücumu nəticəsində 4 nəfər yaralanıb.

***

“Tasnim” bildirir ki, İran İsrailin “Rafael” silah zavodunu vurub.

***

İranın göndərdiyi raketlərdən biri Ben-Qurion hava limanını vurub.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.