Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İran İsrailin bu obyektlərinə zərbə endirib - Yenilənib
 
						İran İsrailin bu obyektlərinə zərbə endirib 
							 - Yenilənib
Əlavə olunub: 06.14.2025 | 03:13 | Baxılıb: 8462
İranın İsrailə ballistik raket zərbələri endirdiyi bəzi yerlər məlum olub.

“omrum.az” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

İsrail Müdafiə Nazirliyi və İqtisadiyyat Nazirliyinin binalarının vurulduğu iddia edilir. Təl-Əviv maliyyə mərkəzi, Tel-Nof aviabazası, Qəzza sahillərində qaz platforması və Hayfa yaxınlığındakı bir neçə məntəqə də hücuma məruz qalıb.

Bildirilir ki, İsrail hakimiyyəti bu məlumatı hələ təsdiqləməyib.

***

İsrail və Livan mediası bildirir ki, hücumların yeni dalğası zamanı İranın ballistik raketi Təl-Əvivdəki nüvə tədqiqat mərkəzinə düşüb. İlkin məlumatlara görə, İsrailin Ben Qurion hava limanı da vurulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.