Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İran kamikadze dronlarla İsraildə hədəfləri vurub
 
						İran kamikadze dronlarla İsraildə hədəfləri vurub
Əlavə olunub: 06.14.2025 | 10:50 | Baxılıb: 4319
İranın “Arash” kamikadze dronları İsrail ərazisində bir neçə hədəfə zərbə endirib. 

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı İranın “Nour News” agentliyi yayıb. 

Bundan əvvəl isə, İsrail ordusu ölkənin şimalında İran pilotsuz uçuş aparatları aşkar edildiyindən hava hücumu ilə bağlı xəbərdarlıq elan etmişdi. 

Xatırladaq ki, iyunun 13-də İsrail İran ərazisində 100-ə yaxın hədəfə zərbə endirib. Nəticədə ölkənin bir sıra hərbi liderləri həlak olub. İsrailin ilk zərbələrindən dərhal sonra ABŞ Dövlət katibi Marko Rubio ölkəsinin sözügedən hücumla əlaqəsinin olmadığını açıqlayıb. 

İran isə öz növbəsində iyunun 13-ü axşam saatlarında İsrailə qarşı “Əsl vəd 3” hərbi əməliyyatına başlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.